TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə yaradılan komissiyaların ünvanlarını açıqladı

TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə yaradılan komissiyaların ünvanlarını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər üçün 12 qabiliyyət imtahan komissiyası yaradıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, komissiyalar ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6 (ADRA, BMA, AMİU, AMK nəzdində Musiqi Kolleci, ADMİU-nun “Səda” Tədris Teatrı, ADBTİA), regionlar üzrə də 6 (Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Şəki Musiqi Kolleci, TQDK-nın Lənkəran regional bölməsi, Ağdam Musiqi Kolleci) tədris müəssisəsində komissiya təşkil olunub. 
Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq qabiliyyət imtahan komissiyasında mayın 1-dən 18-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.
Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir. 
Qabiliyyət imtahanlarının cədvəli yaxın vaxtlarda TQDK-nın internet saytında veriləcək. 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər