2012-ci ildə qiyamət olacağına ən çox və az hansı ölkələr inanır?
"İpsos" şirkətinin Reuters agentliyi üçün 20 ölkədə 16 mindən çox respondent arasında apardığı sorğuya görə hər yüz nəfərdən 15-i yaşadıqları dövrdə qiyamətin baş verəcəyinə inanır. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən yazır.
Mayya təqviminə görə, 2012-ci il dekabrın 21-də dünyanın sonunun gələcəyi ilə bağlı yayılan inanca əsasən aparılan araşdırmaya görə hər 100 insandan onu mayyaların haqlı ola biləcəklərinə inanır.
Qiyaməti diri ikən yaşayacaqlarını söyləyənlərin ən çox olduğu ölkələr Türkiyə və ABŞ olub. Bu ölkələrdə sorğuda iştirak edən hər yüz nəfərdən 22-si qiyamətin "yaşadıqları dövrdə görə biləcəkləri qədər yaxın" olduğuna inanır. Qiyamət inancına ən uzaq olanlar fransızlardır (100 nəfərdən 6-sı). Belçikalılardan yüz nəfərdən 7-si, ingilislərdən isə yüz nəfərdən 8-i qiyamətin yaxın vaxtlarda baş verəcəyinə inanır.
P.S. Maraqlıdır ki, sorğu Azərbaycanda keçirilsəydi, cavablar necə olardı? Hörmətli həmkarlar, 2012-ci ilin qiyamət ili olacağı barədə Siz necə düşünürsünüz?
0 Komment
Şərh yazın