Bakıda avtobus sürücülərinə qarşı reydlərə start verildi

Bakıda avtobus sürücülərinə qarşı reydlərə start verildi

Bakı yol polisi son günlər avtobus sürücülərinin törətdiyi ağır yol qəzalarının qarşısının alınması və avtobus sürücüləri arasında nizam-intizamın artırılması məqsədilə bu gündən kütləvi reydlərə başlayıb. Bu barədə cümə axşamı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
 
Əsədov deyib ki, bu gün paytaxtın Neftçilər prospekti, "Azneft" dairəsi, Azadlıq prospekti, Yusif Səfərov kücəsi, Babək, Nobel, Gəncə prospektləri, Məhəmməd Hadi kücəsində aparılan reydlər nəticəsində 36 sürücülük vəsiqəsi olmadan avtobusu idarəetmə faktı aşkar edilərək sənədləşdirilib. Həmçinin, keçirilən reydlər zamanı idarə edilən nəqliyyat vasitəsinə məxsus qeydiyyyat şəhadətnaməsinin olmaması ilə bağlı 43 fakt aşkarlanıb.
 
Bundan əlavə, müvafiq kateqoriya olmadan avtobusun idarə edilməsinə görə 9 sürücü, sərnişin daşıyarkən avtobus dayanacaqlarından kənarda yolların hərəkət hissələrində, ikinci cərgədə saxlayıb sərnişinlərin düşüb-minməsinin təşkil edilməsi faktına görə 16 sürücü məsuliyyətə cəlb edilib.
 
Əsədov deyib ki, avtobus sürücüləri arasında nizam-intizamın gücləndirilməsi məqsədilə reydlər paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Səbail və Binəqədi rayonlarında davam etdiriləcək.
 
Qeyd edək ki, son 6 gündə Bakıda sərnişin avtobuslarının sürücüləri 3 ağır yol qəzası törədib. Nəticədə 30-dan artıq şəxs ağır xəsarət alıb.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər