Azərbaycanın hansı təhsil müəssisəsi İT sahəsində kadrlar hazırlayacaq?

Azərbaycanın hansı təhsil müəssisəsi İT sahəsində kadrlar hazırlayacaq?

Azərbaycan Diplomatik Akademiyası (ADA) informasiya texnologiyaları sahəsində kadrlar hazırlayacaq. Bu barədə cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatına əsasən, məsələ rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ADA-nın rektoru Hafiz Paşayevlə görüşündə müzakirə edilib.
Görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılıb, akademiyada beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühəndislik və informasiya texnologiyaları sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanıb.
Abbasov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyaları sahəsinin prioritet elan edilməsi ilə sahəyə diqqətin daha da artırıldığını, ölkədə İKT sektoru üzrə həyata keçirilən böyük layihələr fonunda yeni kadrların hazırlanmasının zəruriliyini qeyd edib.
Müzakirələrdən sonra akademiyada informasiya texnologiyaları, mühəndislik fakültələrinin təşkili üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və ADA-nın mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması qərara alınıb. İşçi qrupunun beynəlxalq təcrübə, yerli ehtiyac və perspektiv inkişaf istiqamətlərinin öyrənilməsi üzrə ilkin araşdırmalara başlaması nəzərdə tutulur.
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər