Vüqar Səfərli: Azərbaycanda jurnalistlər üçün tikilən evlərin paylanması xüsusi kriteriyalar üzrə həyata keçiriləcək

Vüqar Səfərli: Azərbaycanda jurnalistlər üçün tikilən evlərin paylanması xüsusi kriteriyalar üzrə həyata keçiriləcək

Azərbaycanda jurnalistlər üçün tikilən evlərin paylanması xüsusi kriteriyalar üzrə həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı Mətbuat Şurasında keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
 
O, bildirib ki, jurnalistlərə evlərin paylanmasında bölgü 2013-cü ildə aparılacaq. Onun sözlərinə görə, bunun üçün xüsusi kriteriyalar hazırlanacaq.
 
"Jurnalistlər bu kriteriyalara uyğun olaraq fərdi qaydada sənədlərini hazırlayaraq Fonda təqdim edəcəklər və Fondda yaradılmış xüsusi komissiya müraciətləri araşdıraraq qərar qəbul edəcək", - Səfərli deyib.
 
Onun bildirdiyinə görə, hazırda jurnalistlər üçün inşa edilən evin 10-cu mərtəbəsində tamamlanma işləri gedir. O deyib ki, gələn ilim sentyabr ayına qədər evlərin təhvil verilməsi nəzərdə tutulur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər