"Bank of Azerbaijan"dan "Adama qalan gəzməkdir" kampaniyası

"Bank of Azerbaijan"dan "Adama qalan gəzməkdir" kampaniyası

Mayın 2-dən "Bank of Azerbaijan" ASC-də "Adama qalan gəzməkdir" kampaniyası start götürüb.
Bankdan çərşənbə günü verilən məlumata görə, kampaniya çərçivəsində xaricdə hər bir əməliyyat üzrə 100 USD/AVRO/AZN-dən və daha yuxarı məbləğdə pos-terminal vasitəsilə alış-veriş edən "Bank of Azerbaijan" kredit kart sahibləri xərclədikləri məbləği faizsiz bərabər hissələrlə 5 aya ödəyə bilərlər.
Kampaniya 31 Avqust 2012-ci il tarixinədək davam edəcək. Kampaniyada yalnız "Bank of Azerbaijan" kredit kart sahibləri iştirak edə bilərlər. Kampaniya çərçivəsində müştərilər maaşlarının 3 misli həcmində kredit xətti əldə edə bilərlər.
Xaricdə pos-terminaldan hər bir əməliyyat üzrə 100 manat, dollar və ya avrodan aşağı məbləğdə keçirilmiş məbləğlərə güzəşt adi qaydada (növbəti ayın 10-dək) tətbiq olunacaq.
Dünyanın istənilən nöqtəsində pos-terminallardan hər bir əməliyyat 100 manatdan, dollardan və ya avrodan yuxarı pul xərcləmiş müştərilər həmin məbləği 5 ay ərzində bərabər hissələrlə faizsiz geri ödəyə bilərlər. Azərbaycan daxilində və xaricdə bankomatlardan çıxarılan məbləğlər bu kampaniyada iştirak etmir.
Qeyd edək ki, "Bank of Azerbaijan" 1993-cü ildən fəaliyyət göstərir. 2012-ci il aprelin 1-nə bankın aktivləri 179,53 mln. manat təşkil edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər