MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ünvanlar internet vasitəsilə veriləcək
Gələn ildən Bakıda sakinləri yeni ünvanvermə qaydalarına uyğun olaraq elektron şəkildə özlərinə lazım olan ünvanları ala biləcək.
“APA-ECONOMICS”in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə Ünvan Reyestrinin aparılması qaydaları müəyyənləşib, bu istiqamətdə Koreya şirkəti ilə danışıqlar aparılıb: “Gələcəkdə Azərbaycanda insanlar internet vasitəsilə ünvanları ala biləcək ki, bu da MDB məkanında indiyədək rast gəlinməyən bir hadisədir”.
K.Həsənov qeyd edib ki, bu ilin sonunadək Ünvan Reyestrinin informasiya bazasının qurulması işi başa çatdırılacaq: “Biz bu işi Bakı şəhərində başlamışıq və artıq 8 rayon üzrə işlər yekunlaşıb. İlin sonunadək Bakının digər rayonlarında da işlər yekunlaşacaq”.
0 Komment
Şərh yazın