Vergi, rüsum və cərimələri internetlə ödəmək üçün elektron xidmət yaradıldı
Vergilər Nazirliyi növbəti elektron xidmət növünü istifadəyə verib. Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq dövlət büdcəsinə hesablanmış vergiləri, dövlət rüsumlarını, dövlət torpaqlarının icarə haqqını, maliyyə sanksiyalarını və inzibati cərimələri elektron qaydada ödəmək mümkündür.
Bunun üçün 2 metoddan istifadə etmək mümkündür. Birincisi, Vergilər Nazirliyinin “www.taxes.gov.az” internet səhifəsinin “E-xidmətlər” keçidini seçərək “İnternet Vergi İdarəsi”ndə (www.e-taxes.gov.az) “Giriş” düyməsi sıxmaqla “Sistemə giriş səhifəsi”ndə sistemə öz istifadəçi kodunu, parol və şifrəsini daxil edib, “Bölmə” menyusunda “Onlayn Kargüzarlıq & e-VHF” seçib həmin bölməyə daxil olmaqla, ikincisi, “www.apus.az” saytında VÖEN daxil etməklə elektron qaydada ödəniş etmək olar.
Mənbə: lent.az
0 Komment
Şərh yazın