İki kollec Təhsil Nazirliyinin tabeliyindən çıxarıldı
İki kollec Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, Nazirlər Kabineti Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Qərar Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsini nəzərdə tutur.
0 Komment
Şərh yazın