Sürücülərə bəd xəbər! Yenə başladılar...

Sürücülərə bəd xəbər! Yenə başladılar...

Bakı polisi paytaxt küçələrində yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reydlər keçirir.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Rəsul Rza küçəsi, Neftçilər, Azadlıq prospektləri, Azneft dairəsində aparılan reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefonla danışan, avtomobilin qabaq şüşəsində avtomobilin texniki baxışdan keçməsini təsdiq edən birka olmayan, hərəkət zamanı qaydaları pozan sürücülər aşkar edilib.
Həmin avtomobillər saxlanılaraq patrul avtomobillərinə quraşdırılmış bort kompüterlər vasitəsilə yoxlanılıb, sürücülər barəsində inzibati protokol tərtib edilib.
 
Reydlərdə cəriməni 3 aydan artıq müddətə ödəməyən 2, avtmobilə çox avazlı, yüksək səsli, siren səs siqnalları quraşdıran 2, avtomobili pərdə plyonka ilə idarə edən 2, avtomobili müvafiq sənəd olmadan idarə edən 4 sürücü saxlanılıb.
Saxlanılan avtomobillərdən 4-ü cərimə meydançasına aparılıb.
Reydlər zamanı barəsində saxlanılma barədə məhkəmə qərarı çıxarılmış bir avtomobil saxlanılıb və cərimə meydançasına aparılıb.
Reydlər davam etdirilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər