Dövlətin gənc alimlərlə bağlı maraqlı layihəsi

Dövlətin gənc alimlərlə bağlı maraqlı layihəsi

Azərbaycanda "İlin gənc alimi" müsabiqəsi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib.
Onun sözlərinə görə, müsabiqənin bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. Müsabiqə Gənclər və İdman Nazirliyi, Təhsil İşçilərinin Azad Həmkarlar Komitəsi ilə birgə təşkil ediləcək.
Hüseynova deyib ki, hazırda müsabiqənin keçirilmə qaydaları müzakirə edilir. Onun sözlərinə görə, müsabiqədə iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti qoyulacaq. Hələlik TN müsabiqədə 33 yaşadək alimlərin iştirakını təklif edir.
"Amma bu, hələ müzakirə olunur. Bu yaş 33 də, 35 də ola bilər. Belə müsabiqələr digər ölkələrdə də keçirilir. Amma digər ölkələrdə müsabiqədə 35 yaşadək gənc alimlər iştirak edə bilirlər. Biz isə 33 yaş məhdudiyyətini ona görə qoyuruq ki, gənclər qalan 2 il ərzində digər ölkələrdəki müsabiqələrdə iştirak edə bilsinlər", - şöbə müdiri əlavə edib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər