Hansı bank smart-kartların ödənişinin yüklənməsini təklif edir?

Hansı bank smart-kartların ödənişinin yüklənməsini təklif edir?

«Bank Standard» QSC vətəndaşlara qazdan istifadəyə görə smart-kartlarını bankda yükləməyi təklif edir.
Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bundan sonra «Azəriqaz» abunəçiləri qazdan istifadəyə görə ödəniş üçün smart-kartlarını «Bank Standard»da yükləyə biləcəklər.
Bankın təklif etdiyi yeni xidmət müştərilərin bu ödəniş növünə son zamanlar artan tələbatını ödəməyə yönəlib. Vətəndaşlar smart-kartlarını yükləmək üçün «Bank Standard»ın istənilən filialına müraciət edə bilərlər.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər