
Dənizkənarı Bulvarın genişləndirilməsi neçə milyona başa gələcək?
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-ECONOMICS”in məlumatına görə, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
0 Komment
Şərh yazın