
Vergi ödəyicilərinin “Eurovision”dan sonra POS-terminalları geri qaytarmaq istəklərinə razılıq veriləcək?
Qanunla ticarət və məişət xidməti göstərən bütün obyektlərdə məcburi POS-terminallar quraşdırılmalıdır. Quraşdırılmış POS-terminalların geri qaytarılması mümkün deyil.
Bunu Gün.Az-a Vergilər Nazirliyindən mahnı müsabiqəsindən sonra bəzi obyekt sahiblərinin və taksi sürücülərinin quraşdırılmış POS-terminalları geri qaytarmaq istədikləri ilə bağlı yayılan məlumatları şərh edərkən bildirilib.
Qeyd olunub ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna 2011-ci ilin noyabrında edilən dəyişikliyə görə ticarət obyektlərinin hamısında POS-terminal quraşdırılmalı və məcburi qaydada tətbiq olunmalıdır.
“POS-terminallar nağdsız ödəniş formasıdır. Bu sahibkarlara da sərf etməlidir. Qanuna hamı riayət etməlidir”.
0 Komment
Şərh yazın