Elektron hökümətlə bağlı yeni saytda dövlət orqanları nə qədər və hansı xidmətləri təklif edir?

Elektron hökümətlə bağlı yeni saytda dövlət orqanları nə qədər və hansı xidmətləri təklif edir?

Məlumat verildiyi kimi, elektron hökümətin yaradılması ilə bağlı veb-sayt yaradılıb. http://www.ehdis.az adlanan saytdakı dövlət orqanları aşağıdakı xidmətləri təklif edir:
 
Vergilər Nazirliyi:
 
1. Hüquqi adın yoxlanılması
2. Kommersiya qurumların dövlət reyestri məlumatları
3. Oxşar hüquqi adların axtarışı
4. Vergi ödəyicisinin tarix üzrə borcu
5. Vergi ödəyicisinin ətraflı axtarışı
6. VÖEN-ə görə ödəyicinin axtarılması
7. VÖEN-ə və ya ada görə ödəyicinin axtarılması
8. Xəzinədarlıq orqanlarında vergi və rüsumlar köçürüləcək hesablar
9. Şəxsin imza səlahiyyətləri haqqında məlumat.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi:
 
1. ADSL-ə qoşulma/imtina
2. CDMA şəbəkəsinə qoşulma
3. Cari danışıqlar üzrə borc (PIN-ə görə)
4. Cari danışıqlar üzrə borc(telefon nömrəsinə görə)
5. Ev telefonlarının siyahısı
6. Qəbzlər üzrə borc (PİN-ə görə)
7. Qəbzlər üzrə borc(telefon nömrəsinə görə)
8. Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi
9. Sifarişlərin icra olunması barədə məlumat
10. Telefon nömrəsinin dəyişdirilməsi
11. Telefon nömrəsinə görə fiziki şəxsin axtarışı
12. Telefon siyahısı ilə idarələrin axtarışı
13. Telefon üzrə ətraflı məlumat
14. Telefonun addan ada keçirilməsi
15. Telefonun təhvil verilməsi
16. VÖEN nömrəsinə görə idarə və telefonlarının axtarışı
17. Yeni telefon çəkilişi
18. Ödənilmiş danışıqlar (PİN-ə görə)
19. Ödənilmiş danışıqlar(telefon nömrəsinə görə)
20. Ödənilmiş qəbzlər
21. Ödənişlərin siyahısı.
 
Dövlət Gömrük Komitəsi:
 
1. Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması
2. Malın adına görə malların təsvirin axtarışı
3. Malın koduna görə malların təsvirin axtarışı
4. Nəqliyyatın idxalı üçün gömrük rüsumların hesablanması
5. Sərnişin gömrük bəyannaməsinin doldurulması.
 
Daxili İşlər Nazirliyi:
 
1. PİN-ə görə fərdi məlumatların axtarışı
2. Sürücülük vəsiqəsi haqda məlumat
3. ŞV-nin seriya nömrəsinə görə fərdi məlumatların axtarışı.
 
Təhsil Nazirliyi:
 
1. Buraxılış sinif sagirdləri haqqında məlumatlar
2. Diplom haqqında məlumatlar
3. Müəllim haqqında məlumatlar.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
 
1. Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı
2. Müavinətlər üzrə axtarış
3. Tibbi sosial ekspertiza üzrə axtarış
4. Ünvanlı sosial yardım üzrə axtarış.
 
Dövlət Sosial Müdafiə Fondu:
 
    Pensiyalar haqqında çıxarış.
 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi:
 
1. Blankın nömrəsinə görə Komitəyə dair məlumatların əldə edilməsi
2. Kadastr nömrəsinə görə torpaq sahələri haqqında məlumatların əldə edilməsi
3. İstifadəçinin tam adına görə torpaq sahələri haqqında məlumatların əldə edilməsi
4. Şəxsin adına görə Komitəyə dair məlumatların əldə edilməsi.
 
Ədliyyə Nazirliyi:
 
    Adın mənası
 
Fövqəladə Hallar Nazirliyi:
 
    İnformativ xidmətlər
 
Səhiyyə Nazirliyi:
 
    Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi
 
Dövlət Statistika Komitəsi:
 
    Statistik məlumatların əldə edilməsi

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər