ŞAD XƏBƏR! Ödənişli təhsili ödəməkdən azad olunanların sayı artırılır

ŞAD XƏBƏR! Ödənişli təhsili ödəməkdən azad olunanların sayı artırılır

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alarkən onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisdə (MM) “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi” haqqında qanuna ediləcək müvafiq dəyişikliyə əsasən olacaq. Dəyişiklik layihəsi bu gün MM-in Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyə olunub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər