ARDNŞ-də işləmək neçə nəfərə qismət oldu?
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Depatamentində şirkətin müəssisə və təşkilatları tərəfindən elan olunmuş vakansiyalara müraciət edən 302 namizəd arasında müsabiqədə müvəffəqiyyət qazanmış 54 nəfərlə görüş keçirilib. ARDNŞ-dan “APA-ECONOMICS”ə verilən məlumata görə, görüşdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış edərək bildirib ki, ARDNŞ-da işə qəbul prosesi müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun olaraq ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
0 Komment
Şərh yazın