Yol polisi sürücülərdən cərimələrin alınması üçün maraqlı variant düşündü

Yol polisi sürücülərdən cərimələrin alınması üçün maraqlı variant düşündü

Bakıda sürücülər radara və videokameralara düşməsi barədə məlumatları SMS vasitəsilə öyrənəcəklər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, paytaxt ərazisində radara və videokameralara düşən sürücülərə məlumatların daha operativ verilməsi məqsədilə SMS xidmətindən istifadə olunması üçün İdarə mobil operatorlarla danışıqlara başlayıb. Əsədovun sözlərinə görə, yol hərəkəti qaydalarını pozaraq radara və videokameralara düşən sürücülərə çağırış vərəqələrinin vaxtında çatdırılmasında müəyyən problemlər yaranır. Belə ki, sürücülərin qeydiyyat ünvanlarına çağırış vərəqələri göndərilərkən həmin ünvandakı evlərin söküldüyü, yaxud da sürücülərin yaşayış yerlərini dəyişdikləri məlum olur və bu səbəbdən də qayda pozan sürücüləri bu barədə operativ məlumatlandırmaq mümkün olmur. Bu səbəbdən də vətəndaşlar arasında müəyyən narazılıqlar yaranır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yaranmış problemin həlli məqsədilə bütün operatorlarla yeni SMS xidmətinin göstərilməsi üzrə danışıqlara başlayıb.

Yeni xidmət fəaliyyətə başlayandan sonra radara və kameralara düşən sürücülər mobil telefonlarına göndəriləcək SMS-lər vasitəsilə məlumatlandırılacaqlar.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər