TQDK- nin sədrinin buraxılış imtahanları ilə bağlı ilk işi məktəb direktorlarına xəbərdarlıq oldu

TQDK- nin sədrinin buraxılış imtahanları ilə bağlı ilk işi məktəb direktorlarına xəbərdarlıq oldu

Azərbaycanda ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək.

Bir neçə gün öncə prezident fərmanı ilə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları artıq 8 fənn üzrə deyil, yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək.

İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Komissiya sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib. O deyib ki, indiyə qədər bəzi orta məktəb direktorlarının adları korrupsiyada hallandırılsa da, artıq buna son veriləcək.

«Bütün direktorlar və pedaqoji ictimaiyyət bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək».  Məleykə Abbaszadə bildirib ki, orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn üzrə keçirilməsi də şagirdlərin xeyrinə atılmış addımdır. Onun sözlərinə görə, imtahan sualları asan olacaq.

TQDK sədri əlavə edib ki, indiyədək şagirdlər buraxılış imtahanlarına yardımçı vasitələr keçirə bilsə də, bundan sonra bunun qarşısı alınacaq və şagirdlərin real səviyyəsi qiymətləndiriləcək.

Bu il ali məktəblərə qəbul imtahanlarının vaxtı da dəyişdirilib. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.

 

“Azadlıq.org”

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər