Sərnişinlərin icbari fərdi qəza sığortası ilk dəfə hansı sığorta şirkətinə həvalə edilib?
“İpək Yolu Sığorta” İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib.
Gün.Az-ın büroya istinadən verdiyi xəbərə görə, sərnişinlərin icabari fərdi qəza sığorta üzrə hələlik fəaliyyət göstərən ilk şirkətdir.
Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin №DX-04/03-715, 18 aprel 2012-ci il tarixli razılıq məktubu əsasında şirkətə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün 18 aprel 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib.
Qeyd edək ki, hazırda büronun 11 üzv var. Bunlar “AXA MBASK”, “Alfa Sığorta”, “AtaSığorta”, “Atəşgah”, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta), “AzSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “Standard İnsurance” və “Meqa Sığorta” və “İpək Yolu Sığorta”dır.
0 Komment
Şərh yazın