Moody’s Azərbaycanın reytinqini investisiya səviyyəsinədək yüksəldib

Moody’s Azərbaycanın reytinqini investisiya səviyyəsinədək yüksəldib

"Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini "sabit" proqnozla Baa3-dən Ba1 investisiya səviyyəsinədək yüksəldib. Trend-in məlumatına görə, bu barədə agentliyin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, reytinqin yüksəlməsinə təsir edən əsas amil Azərbaycanın 40 mlrd. dollar həcmində və ya ÜDM-in 75%-ə bərabər olan xarici ehtiyatlar toplaması faktı olub ki, bura həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları daxildir.

Agentliyin press-relizində qeyd olunur ki, Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftdən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və qeyri-neft sektorunda gedən surətli inkişafını əks etdirir. Agentlik Azərbaycanda artıq güclü və çoxşaxəli iqtisadiyyatın yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə dayanıqlılığını xususi vurğulayır.

Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqi investisiya səviyyəsinədək qaldırılıb. Beləki, "Fitch" beynəlxalq reytinq agentliyi 2010-cu ilin may ayında, "Standard & Poor's" beynəlxalq reytinq agentliyi 2011-ci ilin dekabr ayında və nəhayət "Moody's" beynəlxalq reytinq agentliyi isə cari ilin aprel ayının 19-da Azərbaycanın reytinqini investisiya səviyyəsinə yüksəldib.

Dünya iqtisadiyyatında suveren borc böhranının davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının kredit reytinqinin yüksəldilməsi, heç şübhəsiz ki, dövlətin yürütdüyü və iqtisadiyyatın bütün sahələrini əhatə edən ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər