İşçi əmək məzuniyyətindən geri çağırılan zaman məzuniyyət pulunu geri qaytarmalıdır?
Bəs, işçi əmək məzuniyyətindən geri çağırılan zaman məzuniyyət pulu necə olur, əməkhaqqı hesablanılırmı, yenidən məzuniyyətə gedə bilərmi və sair? Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə şə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir. Ya da işə başladığı gündən etibarən işçiyə əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
0 Komment
Şərh yazın