Rusiyanın baş naziri və prezidenti.... belə qarışdı:) Ən yaxşısı Putin və Medvedev illik gəlirlərini açıqladı

Rusiyanın baş naziri və prezidenti.... belə qarışdı:) Ən yaxşısı Putin və Medvedev illik gəlirlərini açıqladı

Rusiyanın prezidenti Dmitri Medvedev 2011-ci ildə 3,371 milyon rubldan çox pul qazanıb.  APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Kremlin saytında məlumat yayılıb. Dmitri Medvedev və həyat yoldaşı Svetlana Medvedeva 367,8 kvadrat metrlik mənzilə və Rusiya banklarında ümumilikdə 5, 178 milyon rublluq 15 hesaba malikdirlər. D. Medvedevin bundan başqa 1948-ci il model “QAZ 20 Pobeda” və 1948-ci il model “QAZ 21” minik avtomobilləri var. Svetlana Medvedavanın isə 1999-ci il model “Volksvagen Golf” avtomobili var.

Rusiyanın hazırki baş naziri Vladimir Putinin də illik gəlirləri və sərvəti açıqlanıb. Kremlin saytında dərc olunan məlumatda bildirilir ki, Rusiyanın yeni seçilən prezidenti V. Putin 2011-ci ildə 3,662 milyon rubl pul qazanıb.

2010-cu ildə isə Putinin gəlirinin 5,042 milyon olduğu göstərilib.

Putinin mülkiyyətində ümumi sahəsi 1,5 min kvadrat metr olan mənzillər, qaraj və həyatyanı sahə var.

Bundan başqa onun mülkiyyətinə “QAZ M21”, “QAZ M21P” və “Niva” avtomobilləri və atasından ona qalan “Skif” markalı avtoqoşqu daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər