Cərimə balları ilə bağlı ciddi dəyişiklik

Cərimə balları ilə bağlı ciddi dəyişiklik

Azərbaycanda hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə cərimə balı azaldılıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərin bir qismində bəzi inzibati xətalara görə cəzalar yüngülləşdirilib. Onun sözlərinə görə, hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə cərimə balı 3 baldan 2 bala endirilib. Həmin inzibati xətaya görə, cərimənin məbləği isə 100 manatadək artırılıb (hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 20 manatdan 40 manata qədər cərimə nəzərdə tutulur). Əliyev cərimə ballarının 10 baldan 12 bala çatdırılmasını da yüngülləşdirici hal kimi qiymətləndirib. Şöbə rəisi bildirib ki, İnzibati Xətalar Məcəlləsinə bəzi yol hərəkəti pozuntuları ilə bağlı edilən əlavə və dəyişikliklər Milli Məclidə qəbul edilib. Həmin qanun prezident tərəfindən imzalanandan və qanunun tətbiqi ilə bağlı fərman verildikdən və qanun dərc olunduqdan sonra qüvvəyə minəcək. Qeyd edək ki, bir neçə gün öncə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edib. Həmin qanunlarda bir sıra yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləğinin artırılması, cərimə ballarının 10 baldan 12-yə çatdırılması, yollarda radarların quraşdırılması ilə bağlı xəbərdaredici yol nişanlarının qoyulmasının məcburiləşdirilməsi, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati protokolun tərtib olunması barədə prosedurlar nəzərdə tutulub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər