"Rəhbərinizin kişi cinsindən yoxsa qadın cinsindən olmasını istərdiniz" sorğusundan maraqlı nəticələr

"Rəhbərinizin kişi cinsindən yoxsa qadın cinsindən olmasını istərdiniz" sorğusundan maraqlı nəticələr

Azərbaycanın nüfüzlü araşdırma təşkilatı olan Business Insight ötən ilin sonunda 1642 respondent arasında “Siz rəhbərinizin kişi cinsindən yoxsa qadın cinsindən olmasını istərdiniz?” mövzusunda sorğu keçirib. Qeyd edək ki, respondentlərin seçilməsində gender bərabərliyi gözlənilib: 821 nəfər qadın və 821 nəfər kişi.

Sorğunun nəticələrinə əsasən, respodentlərin 65,1 faizi kişi cinsindən olan rəhbəri olmağı istəyir. Yerdə qalan, 34,9 faiz isə qadın cinsinin rəhbərliyi altında işləməyi daha məqsədəuyğun sayır. Ekspertlərin fikrincə, araşdırma nəticələri təsdiq edir ki, kişilərdə özünəinam qadınlardan daha çoxdur. Belə ki, 821 qadin respondentin 44.8 faizi rəhbərinin kişi, 55.2 faizi isə rəhbərinin qadın olmasını istədiyi halda, eyni sayda (821) kişi respondentin isə 85.4 faizi rəhbərinin kişi, 14.6 faizi isə rəhbərinin qadın olmasını arzulayır.

P.S. Hörmətli oxucular, Siz sorğuda iştirak etsəydiniz, hansı cavabı seçərdiniz?

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər