YENILIK!!! Cibində pul olmadan taksiyə minə biləcəksiniz
Aprelin sonuna kimi "Baku Taxi Company" şirkəti özünün London Taxi TX4 markalı avtomobillərində "VeriFone" şirkətinin istehsalı olan universal POS-terminalların quraşdırılmasını başa çatdıracaq. Bu barədə cümə axşamı Trend-ə şirkətin rəhbəri İlqar Qasımov məlumat verib.
Onun sözlərinə görə, terminallar artıq 50 avtomobildə quraşdırılıb və hazırda onlar daha 50 maşında quraşdırılır. Terminalların quraşdırılması "Bank of Azerbaijan" və "Azəricard" prossessinq mərkəzi ilə bağlanmış müqavilə çərçivəsində həyata keçirilir.
"Ayın sonuna kimi POS-terminallar ən azı 500 avtomobildə quraşdırılacaq", - Qasımov qeyd edib. Onun sözlərinə görə, hazırda Bakıda çalışan London Taxi TX4 avtomobillərinin sayı 500 ədəd təşkil edir. Artıq paytaxta bu markadan 330 avtomobil gətirilib və yaxın 10 gün ərzində daha 170 ədəd gətiriləcək.
Qasımov bildirib ki, şirkətin siafriş etdiyi terminalların ümumi sayı 1000 ədəd təşkil edir, onlar müvafiq olaraq şirkətin bütün avtoparkını əhatə edir.
Yeni terminallar vasitəsilə maqnit, sensor və çip tipli plastik kartlardan istifadənin hesablanması mümkün olacaq ki, bu da perspektivdə ödənişin ictimai nəqliyyatın bütün növlərində istifadə oluna bilən universal kartlar vasitəsilə aparılmasına imkan verəcək.
0 Komment
Şərh yazın