Qazdan istifadəyə görə ödəniş üçün istifadə olunan SMART-kartlar üçün şad xəbər

Qazdan istifadəyə görə ödəniş üçün istifadə olunan SMART-kartlar üçün şad xəbər

Bu gündən etibarən Azərbaycan vətəndaşları ölkədə fəaliyyət göstərən bütün banklarda qazdan istifadəyə görə ödəniş üçün SMART-kartları yükləyə biləcəklər. Bu barədə «GoldenPay» şirkətindən bildirilib.  Şirkətdən bildirilib ki, Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla bütün banklar kart-riderlərlə təchiz ediləcək ki, bu da vətəndaşlara kartları birbaşa bankların filial şəbəkəsində nağd vəsaitlə yükləməyə imkan verəcək. Bununla yanaşı, «GoldenPay» şirkəti bu ilin aprel ayının sonunadək əhali üçün kart-riderlərin kütləvi reallaşdırılmasına başlamağı planlaşdırır ki, bu da qaz sayğaclarının SMART-kartlarını internet şəbəkəsi vasitəsilə yükləməyə imkan yaradacaq. Kart-riderlərin qiyməti 30 manat təşkil edəcək. Bu kart-riderlər elektron sənədlərin rəqəmsal imzasının təminatı zamanı istifadə edilə bilər. Qeyd edək ki, hazırda SMART-kartın yüklənməsi «Pay-Point» özünəxidmət terminalları vasitəsilə həyata keçirilir. Belə terminalların sayı hazırda 315 ədəd təşkil edir. Bu ilin ikinci rübündə bu qurğuların sayının daha 100 ədəd artırılması gözlənilir.

“APA”

Anar Bayramov

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər