Bakıda yeni nəqliyyat növü: Dəniz taksiləri

Bakıda yeni nəqliyyat növü: Dəniz taksiləri

Müasir Bakının, müasir Azərbaycanın inkişafı tələb edirdi ki, biz bulvarın da uzunluğunu artıraq. Bunu “JW Marriott Absheron” otelinin açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı xatırladıb ki, hal-hazırda tarixi bulvarımızın uzunluğu 3,5 kilometr təşkil edir. “Hazırda yeni bulvarın tikintisi, Bayraq meydanında dənizkənarı zolaqların tikintisi nəticəsində ay yarım bundan sonra Bakı bulvarının - köhnə, yeni və Bayraq meydanındakı bulvarın uzunluğu 14-15 kilometrə çatacaq. Bu məqsədlə bulvar üçün yeni kiçik avtobuslar sifariş edilib. Bulvardan Bayraq meydanına qədər dəniz taksiləri işləyəcək. Yəni, doğrudan da şəhərdə elə nadir şərait yaradılır ki, bunun analoqunu tapmaq çox çətindir”.

“Gün.az!

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər