Polislər rüşvət alanda necə yaxalanıb?

Polislər rüşvət alanda necə yaxalanıb?

 


Bakı Şəhər Yol Polisi İdarəsinin Yol patrul xidmətinin zabiti Zöhrab Salmanov və həmin xidmətin çavuşu Novruz Hacıyev DİN-in növbəti əməliyyat reydi zamanı rüşvət alarkən yaxalanıblar.

Nəticədə, onların hər ikisi vəzifəsindən kənarlaşdılıb, daxili istintaq aparılır.  Mənbə bildirib ki, 2012-ci ildə korrupsiyaya qarşı mübarizə çərçivəsində keçirilən reydlər nəticəsində bu, BSYPİ-də ilk işdən kənarlaşdırılma hadisəsidir. AR DYP mətbuat xidmətinin məlumatına görə, ötən il strukturun 39 əməkdaşı xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə daxili işlər orqanlarında xidmətdən xaric, 20 nəfərsə tutduğu vəzifədən azad edilib.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər