
BMW-nin 1 milyondan çox maşınını geri çağırmasının səbəbi məlum oldu
BMW dünya üzrə 1 milyon 300 min avtomobili geri çağırıb. Buna səbəb həmin maşınlarda mümkün batareya problemidir. Bu problem ekstremal vəziyyətdə yanğına səbəb ola bilər. Bazar ertəsi geri çağırılan maşınlar BMW-nin 5-ci və 6-cı seriyasından olan maşınlardır və 2003-2010-cu illərdə buraxılıb. BMW bildirir ki, təhlükəsizlik birinci yerdədir. Geri çağırılan maşınlar şirkətin dealer təmirxanalarında yoxlanılacaq və lazım gəlsə, təmir olunacaq. 1 saat – saat yarım çəkən bu təmir şirkətin hesabına olacaq.
0 Komment
Şərh yazın