Əmanətlərlə bağlı suallara rəsmi cavab verən mənbələr açıqlandı

Əmanətlərlə bağlı suallara rəsmi cavab verən mənbələr açıqlandı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart  2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında"  Fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Qaynar xətt” yaradılmışdır.

Vətəndaşlar iş günləri saat 09.00-dan 18.00-dək (012) 404-46-03 nömrəsinə zəng edərək onları maraqlandıran sualları ünvanlaya bilərlər.  Eyni zamanda, Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində fəaliyyətə başlayan onlayn müraciət bölməsi ([email protected]) vasitəsilə də suallara qısa zamanda cavab alamaq  mümkündür.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər