Hansı iri dövlət şirkətləri illərdir ki, DSMF-ə borclarını ödəmirlər?

Hansı iri dövlət şirkətləri illərdir ki, DSMF-ə borclarını ödəmirlər?

 

DSMF-nin sədri Səlim Müslümov iri borcu olan dövlət şirkətləri haqqında məlumat verilib: "Vaxtı ilə borcları olan «Azərikimya» Dövlət Şirkəti Dövlət Neft Şirkətinin tabeliyinə keçiriləndən sonra bu məsələ həll edilib. Neft Şirkəti tərəfindən «Azərikimya»nın maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün bütün lazımi tədbirlər görülüb və onların bütün borcları son qəpiyinə kimi ödənilib.

«Azərbaycan Hava Yolları» QSC şirkəti də 2011-ci ilin sonunadək əvvəlki illərdəki bütün borclarını, yəni 2003-cü ilədək olan borcları tam ödəyib. Lakin bu gün də DSMF-yə borcu olan təşkilatlar da var. Bu, «Azərenerji» ASC, «Azərsu» ASC və «Azərneftmaşınqayırma» ASC-dir. Bu qurumların borcları da 2003-2004-cü illərə qədər yığılan məbləğlərdir. S.Müslümov bu borcların məbləğini dəqiqləşdirməsə də bildirib ki, bu, denominasiyadan əvvəlki məzənnələrlə böyük görünürdü, amma yeni Azərbaycan manatı ilə götürəndə borcun əsas hissəsi o qədər də böyük deyil: «Sadəcə onlara hesablanmış dəbbənin məbləği böyükdür. Çünki onlara neçə illərdir dəbbə hesablanır və əgər onlar əsas borcu müəyyən qrafik üzrə ödəyərlərsə, yəqin ki, dəbbə pulunun ödənilməsinin məhkəmə yolu ilə hansısa yolu tapıla bilər».

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər