Vergilər Nazirliyi dövlət büdcəsinə ödənişdə 2012-ci ildə "qan" edib
Bu iln yanvar-fevral aylarında Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 047,484 mln. manat həcmində vergi daxilolmaları toplanıb. Vergilər Nazirliyinin məlumata görə, bu dövrdə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib.
Vergi daxilolmalarının 39,6%-i mənfəət vergisinin, 26,5%-i əlavə dəyər vergisinin, 11,4%-i fiziki şəxslərin gəlir vergisinin, 6,7%-i aksizlərin, 15,8%-i isə digər vergilərin payına düşüb. Qeyri neft-qaz sektoru üzrə büdcəyə 571,658 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 32,6% çoxdur. Yanvar-fevral aylarında Azərbaycanda 13 103 yeni vergi ödəyicisi qeydiyyatdan keçib. Ötən ilin iyulun 1-dən cari ilin martın 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 17 896 olub. Ümumilikdə 2012-ci il 1 mart tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 431 628 olub. Bu dövrdə ölkə üzrə göndərilən vergi bəyannamələrinin 92,2%-i elektron formada göndərilib.
0 Komment
Şərh yazın