Hansı dövlət idarəsinin saxta möhürü ilə banklardan 100 000 manat mənimsəyiblər?
Azərbaycanda bir neçə şəxsin müxtəlif banklardan saxta sənədlərlə külli miqdarda pul götürdüyü müəyyən edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bir qrup şəxsin saxta sənədlərdən istifadə etməklə müxtəlif banklardan külli miqdarda kredit götürmələri faktı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə vətəndaşlardan daxil olmuş müraciətlər araşdırılıb.
“Araşdırmalar nəticəsində müəyyən edilib ki, Ramiz Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək Dövlət Neft Şirkətinin “Azərneftyağ” neft emalı zavodunun, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma İdarəsinin və digər dövlət təşkilatlarının möhür və ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklardan 100.000 manatdan artıq kredit götürüblər” – deyə, prokurorluqdan bildirilib. Fakta görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
0 Komment
Şərh yazın