"Uşaq aləmi"ni borc aləminə kim çevirdi?

"Uşaq aləmi"ni borc aləminə kim çevirdi?

 

Mart ayının 9-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 47 ünvanda yerləşən “Aranlı” İstehsalat təchizat və kommersiya firmasına məxsus (VÖEN:1500992551) “Uşaq aləmi” mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir. 
Vergi əməkdaşları tərəfindən aparılmış  kameral vergi yoxlaması nəticəsində “Uşaq aləmi” mağazasında əsas borc 11 min 313,41 manat, faiz və maliyyə sanksiyası borcu 3 min 743,48 manat olmaqla cəmi 15 min 56,89 manat məbləğində vergi borcunun olduğu müəyyənləşdirilmişdir. 2012-ci ilin  yanvar ayının 17-də vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi yanvar ayının 24-də obyektin əmlakının siyahıya alınması haqqında Qərar çıxarılmışdır. Mart ayının 9-da vergi orqanları əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 21 min 447 manat məbləğində uşaq geyimləri, oyuncaqlar və müxtəlif əşyalar müvafiq qaydada siyahıya alınmışdır.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər