Ev satılarkən qeydiyyatdakıların razılığı mütləqdir?

Ev satılarkən qeydiyyatdakıların razılığı mütləqdir?

Sual: Salam, “Monitor Konsaltinq” jurnalının kollektivi. Yeni rubrikanızı təbrik edirəm. İnanıram ki, yeni rubrika digər rubrikalarınız kimi uğurlu olacaq. Sualım ondan ibarətdir ki, atam və anam 7 il bundan öncə boşanıblar. Mən və qardaşım atamla yaşamışıq. Anam isə bizim hamımızın qeydiyyatı olan evdə yaşayır. İndilərdə eşitmişik ki, anamız evi satmaq istəyir. Evin satılması üçün bizim razılığımızın olması əsasdır, yoxsa notarius biz olmadan alqı-satqını rəsmiləşdirə bilər?

Səbinə Əlizadə

Cavab: Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

5 Komment

  1. Könül 15 Oktyabr 2021

    Salam her vaxtınız xeyir bir sualım var cavablasanız çox sevinerem. Menim Atam 2006da dünyasını deyişib ve onun adına olan heyetimiz icindede balaca bir ev var Anam bu evi bir adama çox ucuz qiymete senetsiz subutsuz verib 2014cü ilde ve indi hemin adam bu evi adına senedleşdirmek isteyir bacim qardaşım ve çen razı deyilik bipmek isteyirdem bizim hüququmuz çatırmı bu satışa icaze vermeyib heyetimizi geri almaqa menim 26 yaşım var aileliyem bacımın 28 yaşı var boşanmışdır qardaşımın 29 yaşı var subaydır çox xaiş edirem aydınlıq veresiz kömeklik edesiz bizde ne edeceyimizi bilek. Evvelceden teşekkür

  2. Röyal 08 Mart 2022

    Salam Aleykum Sualım bundan ibarətdir ki,anam atam bir neçə il əvvəl boşanıblar məhkəmə qərarı ilə məhkəmə bizə yaşama hüququ verib həmən evdə və indi atam evi satmaq istəyir qardaşım,bacım və mən orada böyüyüb boya başa çatmışıq qeydiyyatda mən və qardaşım var qardaşımın iki uşağı var şəxsiyyət vəsiqəsində həmən ünvan yazılıdı uşaqların bizim icazəmiz olmasa həmən ev satıla bilərmi?

  3. Kifa 24 Sentyabr 2022

    Salam. Mənim atam evini bacıma bağışlamaq istəyir. Qeydiyyatda olan digər bacım xaricdə yaşayır. Onun razılıq ərizəsi necə yazmalıdır və hansı quruma müraciət etməlidir?

  4. Tural 27 Noyabr 2022

    Salm iki qardasiq qardasim evde yasayir men kirayede qaliram men haqqimi teleb nece ede bilerem

  5. Ruxa 17 Aprel 2023

    Salam.biz evi ipoteka ilə satırıq. Ev qaynanamin adinadir amma burda yawamir.senedi kupcadir.Faktiki olaraq isə mən yoldaşım və 3 övladım yaşayırıq .Qaynim da qaynatam da burda qeydiyyatdadır.Hal hazırda qayinım xaricdədir Bilmek istəyirəm ki evin senedlewmesi üçün qaynimin razılıq ərizəsini necə əlde edə bilərik.Ve bunun başqa yolu varmı ki qaynım olmadan alqı satqıni edek

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər