Hansı bayram gününü yenidən qeyri iş günü edilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik etmək istəyirlər?

Hansı bayram gününü yenidən qeyri iş günü edilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik etmək istəyirlər?

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişin “Sosial müdafiənin gücləndirilməsi istiqamətləri” hissəsində bildirilir ki, sənədi imzalayan tərəflər müstəqillik gününün (18 oktyabr) də iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması üçün tədbirlər görəcəklər.

Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib. 1992-2006-cı illərdə 18 oktyabr Azərbaycanda qeyri-iş günü hesab edilib.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, 18 oktyabr - Müstəqillik Günü, 12 noyabr - Konstitusiya Günü, 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.

"Gün.az"

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər