İşçiyə məzuniyyət haqqı hesablayanda ötən məzuniyyət məbləği nəzərə alınmalıdır?

İşçiyə məzuniyyət haqqı hesablayanda ötən məzuniyyət məbləği nəzərə alınmalıdır?

“Monitor Konsaltinq” jurnalı vaxtaşırı müxtəlif iqtisadi qanunvericilik aktlarında olan ziddiyətli, mübahisə yaradan məqamlarla bağlı əlaqədar dövlət qurumlarına rəsmi sorğular göndərir, səlahiyyətli rəsmi şəxslərlə canlı müsahibələr təşkil edir ki, bu da konkret məsələlər ətrafında açılmış müzakirələrdə bütün tərəflərin mövqelərinin işıqlandırılmasına imkan verir, qanunvericiliyin daha aydın başa düşülməsinə imkan yaradır. Sonuncu dəfə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) aşağıdakı sualla müraciət etmişdik:

Sual: 01 yanvar 2011-ci ildə işə qəbul olunan işçi həmin ilin iyul ayında 16 təqvim günü əmək məzuniyyətinə çıxıb. 2012-ci ilin fevral ayında işçi yenidən əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir. Sual ondan ibarətdir ki, fevral ayında işçiyə məzuniyyət haqqı hesablayanda son 12 təqvim ayının əməkhaqqı, yoxsa 2011-ci ilin iyul ayından etibarən hesablanan əməkhaqqı əsas götürüləcək? Əgər son 12 təqvim ayının məzuniyyəti hesablanarsa, bu zaman iyul ayında ödənilmiş məzuniyyət də nəzərə alınmalıdırmı?

 

DƏMX-in bu suala cavabı "Monitor Konsaltinq" jurnalının 2012-ci ilin martin 7-sində nəşr olunan 32-ci sayında dərc olunub. Mühasibatlıq, kadrlarla iş sahəsində müəllifi olduğu kitablarla, dövri nəşrlərdə oxucuların suallarına verdiyi cavablarla iqtisadçıların böyük rəğbətini və inamını qazanmış, zəngin təcrübəyə malik tanınmış müstəqil auditor  Altay Cəfərovun da bu məsələ ilə bağlı maraqlı mövqeyi də jurnalın həmin sayında verilib.

 

Hörmətli oxucular,‎ "Monitor Konsaltinq" jurnalinin illik abunə haqqı 30 manatdir. Həmin qiymətə jurnalın 12 sayinin operativ surətdə çatdırılması da daxildir. Qeyd edək ki, jurnalın səyyar satışı həyata keçirilmir. Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 saylı telefonla və ya  [email protected] email adressinə istəyinizi bildirməyinizi xahiş edirik.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər