“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı....... "Xadiməçilik" kursu keçiriləcək
Bu ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar hotel işçiləri üçün kursların keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-ECONOMICS”ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə Bakı şəhərinin mehmanxana sistemində çalışan əməkdaşlar üçün 10 günlük “Hotel menecmenti”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” ixtisasları üzrə təlim-tədris kurslarının 1-10 mart tarixlərində Azərbaycan Turizm İnstitutunda keçirilməsi planlaşdırılır.
Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək. Kursların Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq və mart ayının 10-da kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq. Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.
Qeyd olunub ki, 2011-ci ilin noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə Azərbaycanın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidmətləri üzrə təlim-tədris kursları təşkil edilib.
0 Komment
Şərh yazın