Hakerlər Vergilər Nazirliyinə hücüm edib

Hakerlər Vergilər Nazirliyinə hücüm edib

 

Xarici hakerlərin Azərbaycanın dövlət qurumlarının veb-saytlarına hücumu zamanı Vergilər Nazirliyinin internet səhifəsi də hücuma məruz qalıb. Amma təhlükəsizlik səviyyəsi yüksək olduğuna görə, bu hücumlar nəticəsiz qalıb və saytın işində heç bir problem yaranmayıb.

 

Bu barədə Vergilər Nazirliyinin informasiya texnologiyaları şöbəsinin rəisi Eyyub İbrahimov bildirib: «Həmin dövrdə bizim sayta təqribən 6 dəfə hücum cəhdi olub, 2500-ə yaxın IP qeydə alınıb. Biz bu hücumları görürdük. Lakin tətbiq etdiyimiz ən müasir avadanlıqlar və təhlükəsizlik tədbirləri bu hücumların qarşısını almağa imkan verib».

 

«APA-ECONOMICS»

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər