Vergilər Nazirliyi rəsmiləşdirilməmiş iş yeri üzrə göstəriciləri açıqladı: Ən yaxşı göstərici Naxçıvandadır
2011-ci ildə yerli vergi orqanları tərəfindən 8938 vergi ödsəyicisində vergi nəzarəti həyata keçirilmiş və onlardan 5399-da (60,4%) qanun pozuntusu aşkar edilmişdir. Aparılmış nəzarət tədbirləri nəticəsində 5738 rəsmiləşdirilməmiş iş yeri aşkar edilmişdir. Eyni zamanda, vergi orqanlarında qeydiyyatda olmayan rəsmiləşdirilməmiş şəxslərin sayı nəzərə alınmaqla dövr ərzində ümumilikdə 7942 rəsmiləşdirilməmiş iş yeri aşkar edilmişdir. Görülmüş tədbirlər nəticəsində rəsmiləşdirilməmiş iş yerlərindən 5482-nin (69,0%) rəsmiləşdirilməsi təmin olunaraq onlara 5394,5 min manat məbləğində cərimə tətbiq edilmişdir. Rəsmiləşdirilməsi təmin edilən iş yerlərindən 3631-i daimi, 1851-i isə müvəqəti iş yeri olmuşdur. Naxçıvan MR Vergilər Nazirliyi - 8, Vergi Auditi Departamenti 2267, ƏVİ-lər 3422, Bakı Şəhər Vergilər Departamenti isə 41 rəsmiləşdirilməmiş iş yeri aşkar etmişdir.
Rəsmiləşdirilməyən 5738 iş yeri qanun pozuntusuna yol vermiş vergi ödəyicilərinin ümumi işçilərinin (20340) 28,2%-ni təşkil etmişdir. Bu göstərici Naxçıvan MR Vergilər Nazirliyi, 2,4,6,11,12 saylı ƏVİ-lər üzrə daha aşağı səviyyədə olmuşdur. 2011-ci il üzrə hesabat göstəricilərinin 2010-cu illə müqayisəsindən də göründüyü kimi, vergi orqanlarında qeydiyyatda olmayan şəxslərin sayı 1031 vahid (46,8%) azalmışdır.
"Vergilər" qəzeti
0 Komment
Şərh yazın