Maliyyə Nazirliyi QHT-lərin maliyyə hesabatlığının şərtləri və cəriməsi ilə bağlı rəsmi məlumat yaydı

Maliyyə Nazirliyi QHT-lərin maliyyə hesabatlığının şərtləri və cəriməsi ilə bağlı rəsmi məlumat yaydı

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlığı ilə bağlı rəsmi məlumat yayıb:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» təsdiq edilmişdir.

 

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyri-hökumət təşkilatları (siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər, yerli özünüidarə orqanları, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlar və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatları istisna olmaqla) adı çəkilən Qaydaya əsasən Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib edilmiş illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidir.

 

Hesabat dövrü ərzində qeyri-hökumət təşkilatının maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir.

Həmin Qaydanın 5.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir.

Qeyri-hökumət təşkilatları tərəfindən 2011-ci il üçün tərtib edilmiş maliyyə hesabatları elektron formada Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar yalnız Word, Exel, Adobe acrobat (PDF) formatlarında [email protected] email ünvanına göndərilə bilər.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:

Tel: 404 46 99,  daxili nömrələr 214, 253, 519, 548

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər