Vergilər Nazirliyi əməkdaşlarına vergi ödəyicilərinə xidmət üçün İ-Pad paylayıb

Vergilər Nazirliyi əməkdaşlarına vergi ödəyicilərinə xidmət üçün İ-Pad paylayıb

Azərbaycanın vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun «APA-ECONOMICS»ə müsahibəsindən:

Bir məqamı da qeyd edim ki, POS-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülüb. Məsələn, elektron qeydiyyat ərizələrinin vergi orqanlarına daha tez göndərilməsini təmin etməkdən ötrü əməkdaşlara bütün lazımi proqramlarla və internet rabitəsi ilə təchiz edilmiş I-Padlar paylanıb. İstənilən obyektdə POS-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına elektron ərizənin I-Pad vasitəsilə göndərməsi operativ qaydada təmin edilir.

Digər vacib məqam prosesinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan POS-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatının mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılıb. Bundan başqa, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənib və POS-terminalların vergi orqanlarında on-line qeydiyyata alınması təmin olunub.

Vergilər Nazirliyi ilə Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə bu günə kimi 14 mindən çox POS-terminal qeydiyyata alınıb və quraşdırılıb ki, bunun da 13 mini və ya 92,8%-i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür.


0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər