
Dövlət Neft Fondu qızıla nə qədər investisiya edəcək?
Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya etməyə başlayıb.
Fondun investisiya siyasətinə əsasən, 2012-ci il ərzində qurumun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. Bu məqsədlə 1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası, Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir.
0 Komment
Şərh yazın