Ramiz Zeynalov sürücülər üçün cəzaların sərtləşdirilməsini təklif edir

Ramiz Zeynalov sürücülər üçün cəzaların sərtləşdirilməsini təklif edir

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov  “Azərbaycan” qəzetinə müsahibəsində cəzaların sərtləşdirilməsinin vacibliyini bildirib.  İdarə rəisinin sözlərinə görə cəzaların sərtləşdirilməsi sürücülərin deyil, yol hərəkəti qaydalarını pozmağa adət etmiş, hərəkətin təhlükəsizliyinə ciddi maneə yaratmağı normal sayan qayda pozucularının narazılığına səbəb ola bilər. “Əgər sürücü avtomobili normal idarə edirsə və qanunlara riayət etmək mədəniyyətinə sahibdirsə, onun inzibati cəza və cərimələrdən nə narahatçılığı ola bilər ki? Gəlin bu məsələyə sadə məntiqlə yanaşaq: cərimələr kimlərə tətbiq olunur? Ancaq qayda pozanlara. Demək, problem cərimələrin məbləğinin artırılmasında deyil, bundan nəticə çıxarmaq istəməyən şəxslərdədir. Yəni, cəzaların ağırlaşdırılması labüddür və birbaşa sadə vətəndaşlarımızın, elə sürücülərin özlərinin də mənafeyinə uyğundur. İnsanlar bu qaydalara olduğu kimi riayət etsələr, heç bu inzibati tənbeh tədbirlərinə də ehtiyac qalmaz”, - deyə, R.Zeynalov bildirib. Dünya praktikasında yol hərəkət qaydalarını pozan sürücülərə qarşı cəzaların hər bir dövlətdə sərtləşdirildiyini vurğulayan R. Zeynalov sözlərinə əlavə edib ki, bəzi sürücülərin əməkhaqqımız yüksək olmamasına baxmayaraq cərimələrin artdığına narazılıq etmələri əsassız və subyektivdir.
“Çünki bu cəzaları tətbiq edirik ki, yollarda nizam-intizam olsun, insanlar evlərinə sağ-salamat gedib çata bilsinlər. Heç bir günahı olmayan insanlar məsuliyyətsiz sürücülərin laqeyd münasibətindən həyatları ilə vidalaşmalı olurlar. Yəni, cəzaların ağırlaşdırılması labüddür və birbaşa sadə vətəndaşlarımızın, elə sürücülərin özlərinin də mənafeyinə uyğundur. İnsanlar bu qaydalara olduğu kimi riayət etsələr, heç bu inzibati tənbeh tədbirlərinə də ehtiyac qalmaz”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər