Neft Fondu 2012-ci ildə investisiya siyasətini dəyişir

Neft Fondu 2012-ci ildə investisiya siyasətini dəyişir

Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildə yeni maliyyə alətlərinə investisiya qoymağı planlaşdırır. Bu barədə Fondun vəsaitlərinin idarə olunması şöbəsinin direktoru İsrafil Məmmədov bildirib. Onun sözlərinə görə, bu məqsəd Dövlət Neft Fondunun 2012-ci il üzrə investisiya siyasətində qarşıya qoyulub:
“2012-ci ildə ARDNF qızıl, səhmlər və daşınmaz əmlak kimi yeni alətlərə investisiya qoyacaq. İlk növbədə, söhbət çox şəffaf daşınmaz əmlak bazarlarının mövcud olduğu inkişaf etmiş Avropa ölkələrində kommersiya daşınmaz əmlak haqqında gedir. Sonradan başqa bazarlara da baxılacaq”.
O, qeyd edib ki, hazırda bu sahədə işlər aparılır.
Hörmətli oxucular, Sizcə Neft Fondu VƏSAİTLƏRİMİZİ hansı sahəyə investisiya kimi qoysa, daha çox gəlir əldə edər?

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər