Konsepsiyada əmək haqqından tutulan sosial ayırmanın (3 faiz) artırılması nəzərdə tutulur

Konsepsiyada əmək haqqından tutulan sosial ayırmanın (3 faiz) artırılması nəzərdə tutulur

Bu gün “Azərbaycanda sığorta-pensiya sisteminin 2020-ci ilə qədər inkişafı və proqnozları üzrə təqdim edilən konsepsiyası” təqdim edilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun sözlərinə görə, konsepsiyada məcburi yığım sistemində yığım dərəcəsinin əmək haqqının 3%-dən 5%-dək artırılması tövsiyə edilirsə, Azərbaycanda bu məsələ ilə tələsmək olmaz.
«Artıq bir neçə ölkədə, məsələn, Macarıstanda bu sistemdən ümumiyyətlə imtina edilib. Fikrimizcə, bu prosesə əvvəl könüllü yığım sisteminin tətbiqi ilə başlamaq lazımdır. Artıq bizə müraciətlər olunur ki, bizdə belə bir sistem yaradılsın ki, insanlar yığım edə bilsinlər», - deyə S.Müslümov bildirib. Həmçinin, Fondun sədri vurğulayıb ki, bu yığımların DSMF tərəfindən aparılması insanlar arasında potensial özəl pensiya fondlarına etibarın olmaması ilə əlaqədardır.



0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər