Nazirlər Kabineti “Eurovision-2012”-nin keçirilməsinə dair xərclənəcək məbləği təsdiqlədi

Nazirlər Kabineti “Eurovision-2012”-nin keçirilməsinə dair xərclənəcək məbləği təsdiqlədi

Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda "Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü" təsdiqlənib.  Sərəncama əsasən, 2012-ci ildə bu məqsədlərlə dövlət büdcəsində 77 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 50 mln. manatı (63,3 mln. ABŞ dolları) "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Qalan 27 mln. manat isə digər tədbirlərin keçirilməsinə xərclənəcək. Sərəncama əsasən, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə 5,4 mln. manat, Diaspor üzrə Dövlət Komitəsinə 3,8 mln. manat, İqtisadi İnkişaf Nazirliyinə 2,9 mln. manat, Xarici İşlər Nazirliyinə 2,6 mln. manat, Milli Məclisə 828 min manat və s. ayrılacaq.

"APA-ECONOMICS"

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər