Prezident əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladı
Prezident əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. 08 fevral 2012-ci il tarixli sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
Həmçinin DSMF fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini də həyata keçirəcək. Xatırladaq ki, Dövlət Statistika komitəsinin 2011-ci ildə istehlak qiymətlərinin indeksi 7,9 faiz təşkil edib.
0 Komment
Şərh yazın