Maliyyə Nazirliyi dörd növ vergi ilə bağlı dəyişikliklərə baxır

Maliyyə Nazirliyi dörd növ vergi ilə bağlı dəyişikliklərə baxır

Azərbaycanda torpaq və əmlak vergiləri, eləcə də faydalı qazıntılara mədən vergisinin (royalti) dərəcələrinə yenidən baxılmasına, habelə gəlir vergisinin yuxarı dərəcəsinin tədricən aşağı salınması istiqamətində çoxsaylı müraciətlər var və bu müraciətlər hazırda müzakirə olunur. Bunu Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə bildirib.
Onun sözlərinə görə, torpaq və əmlak vergisi sahəsində qarşıya qoyulan əsas məsələlərdən biri əmlakın qiymətinin real bazar qiymətlərinə çatdırılması vasitəsilə vergi bazasının genişləndirilməsidir: «Bu addım büdcəyə daxilolmaları artırmaq imkanı yaratmaqla yanaşı, bələdiyyə büdcələrinin real potensialını müəyyən etməyə və bu orqanlara müstəqil fəaliyyət göstərmək üçün imkan yaradacaq».
Şöbə müdiri hesab edir ki, gəlir vergisinin dərəcələrinin azaldılması istiqamətində aparılan islahatlar ilk növbədə sosial sığorta ayırmaları sistemində aparılacaq dəyişikliklərlə uzlaşdırılmış şəkildə həyata keçirilməlidir.
C.Əlizadə bildirib ki, ölkədə mövcud olan vergitutma potensialından tam istifadə olunması hələ də mümkün deyil və qarşıdakı illərdə vergi siyasəti əsasən bu potensialın üzə çıxarılmasına xidmət edəcək: «Qarşıdakı illərdə qeyri-neft sektorunda iqtisadi aktivliyin artırılmasını və sahibkarlığın genişləndirilməsini təmin etmək məqsədilə indiyədək aparılan vergi siyasətinin davam etdirilməsi, vergidən yayınma hallarının azaldılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi borclarının ləğv edilməsi işlərinin davam etdirilməsi, vergi güzəştlərinin sayının azaldılması və digər tədbirlər vergi siyasətinin əsas istiqamətlərindən olmalıdır».

"APA"

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər